XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2019 - 18:38

Ukraynanın şərqində insanlar uzun müddətdir sülh gözləyirlər –Almaniya XİN

“Rusiyanın Ukraynada sülhün tapılmasına verəcəyi töhfə Avropa İttifaqı (Aİ) – Rusiya münasibətlərinin inkişafı üçün vacibdir”.

Bunu Almaniya Xarici İşlər naziri Hayko Maas Aİ ölkələri XİN başçılarının görüşündən əvvəl deyib.

“Ukraynanın şərqində insanlar uzun müddətdir sülh gözləyirlər. Hazırkı məqamda Aİ-nin sanksiyaları dayandırmaq üçün heç bir səbəbi yoxdur”, – deyə Almaniya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Parisdə Ukrayna münaqişəsi ilə əlaqədar “Normand dördlüyü” formatında sammit keçiriləcək. Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ayrıca görüşün keçiriləcəyi bildirilir. (apa)