XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 22:13

Gürcüstanda “donuz qripi”nə yoluxma halı qeydə alınıb

Gürcüstanda qış mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxma ilə bağlı ilk hal qeydə alınıb.

Bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmə olub.

Yeniyetmənin xəstəxanaya yerləşdirildiyi və artıq müalicə olunduğu bildirilib.

Milli Mərkəzdən ölkədə mövsümi qripə yoluxma hallarının illik müqayisədə artdığı qeyd olunub. (Report)