XƏBƏR LENTİ

13 İyul 2020

Digər Xəbərlər

10 Dekabr 2019 - 18:00

ABŞ Nümayəndələr Palatası toplanır- Demokratlar Trampa impiçment elan edəcəklər

ABŞ Nümayəndələr Palatasının komitə sədrləri bu gün Prezident Donald Trampa impiçment elan etməyi planlaşdırırlar.

Bunu Nümayəndələr Palatasının xarici işlər komitəsinin sədri Eliot Engel məhkəmə işləri üzrə komitədə dinləmələrdən sonra elan edib. Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin təhqiqat üzrə direktoru Daniel Qoldman qanunvericilərə 300 səhifəlik məruzə təqdim edib.

Məruzə bir neçə həftə ərzində aparılmış ictimai və özəl dinləmələrin nəticələrinə əsaslanır. İfadə verən şəxslər təsdiqləyiblər ki, Tramp Ukrayna hökumətinə təzyiq göstərib, bu ölkəyə hərbi yardımı dayandırmaq və Ukrayna Prezidenti ilə Ağ evdə görüşərək ondan Donald Trampın siyasi rəqibi Co Bayden barəsində təhqiqat aparılmasını tələb edib.

Engel Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə görüşdən sonra jurnalistlər qarşısında çıxışında bildirib ki, Nümayəndələr Palatasının müvafiq komitələrinin sədrləri Cerri Nadler, Adam Şiff, Maksin Uoters və Kerolin Melouni dekabrın 10-da impiçment təqdim olunmasını elan edəcəklər(azərtac).