Avropa İttifaqı (Aİ) Ankaraya münasibətdə ikili standartların tətbiqini dayandırmalıdır.
Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Aİ-nin Türkiyə ilə Liviya arasında imzalanan sazişlə bağlı narazılığını şərh edərkən deyib.
Nazir bildirib ki, Türkiyə və Aİ əməkdaşlıq etməli və münasibətləri möhkəmləndirməlidir:
“Türkiyə, əvvəllər olduğu kimi, problemlərin dialoq yolu ilə həllinin tərəfdarıdır”.