XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2019 - 19:52

Britaniyada parlament seçkiləri:təbliğat-təşviqat başa çatıb

Böyük Britaniyada parlament seçkilərinə 1 gün qalmış təbliğat-təşviqat kampaniyası başa çatıb.

Parlament seçkiləri dekabrın 12-də səhər saat 7-də başlayacaq və axşam saat 10-dək davam edəcək.

Ölkədə 650 seçki dairəsi fəaliyyət göstərir. Seçkilərdə 46 milyon seçicinin səs verəcəyi gözlənilir. Deputatlar parlamentin iki palatasından biri olan İcmalar Palatasına seçiləcəklər.

Qeyd edək ki, ölkəni idarə edəcək hökuməti seçmək üçün ümumi seçkilər 5 ildən bir keçirilir. Ancaq bu, 2015-ci ildən bəri keçirilən üçüncü seçkilər olacaq.