İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat İdarəsi FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 30 nəfərin saxlanılması məqsədilə genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyat zamanı 33 ünvanda axtarış aparılıb. Nəticədə 22 nəfər saxlanılıb. Daha 8 nəfərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir(azərtac).