XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2019 - 22:08

Zelenski Avropa Şurasına çağırış etdi:"Rusiyaya qarşı sanksiyaların müddətini uzadın!"

Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa Şurasının (AŞ) prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

“Report” dövlət başçısının saytına istinadən xəbər verir ki, söhbət əsnasında Ukrayna lideri Avropa Şurasının bundan sonra da Ukraynanın ərazi bütövlüyünün bərpasına dair Minsk razılaşmalarına əməl edənədək Rusiyaya sanksiya təzyiqlərini davam etdirəcəklərinə ümidvar olduqlarını ifadə edib.

Həmçinin V.Zelenski Ş.Mişelə üçtərəfli təbii qazla bağlı danışıqlarda göstərdikləri dəstəyə görə təşəkkür edib və onu Ukraynaya səfərə dəvət edib.