XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2019 - 11:05

Nigerdə silahlılarla hərbçilər arasında atışma:127 nəfər öldürülüb

Nigerdə silahlıların hərbi düşərgəyə hücumu zamanı 70-ə yaxın əsgər həlak olub.

“Anadolu” agentliyi xəbər verir ki, hadisə Mali ilə sərhəd yaxınlığında qeydə alınıb. Hücum nəticəsində həmçinin xeyli sayda hərbçi yaralanıb.

Məlumata görə, terrorçular düşərgəni ələ keçirməyə və gecəni ona nəzarət etməyə nail olublar. Yalnız əlavə qüvvələrin köməyindən sonra silahlıları düşərgədən çıxarmaq mümkün olub.

Təhlükəsizlik orqanlarındakı mənbənin məlumatına görə, toqquşma zamanı 57 terrorçu məhv edilib.

Hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib/Report.