XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 14:55

Greenpeace rəhbəri BMT danışıqlarına buraxılmayıb –Səbəb

“Greenpeace International” təşkilatının icraçı direktoru Cennifer Morgan son 25 ildə ilk dəfə olaraq BMT-nin iqlim danışıqlarına buraxılmayıb.

Bu, qurumun baş katibinin çıxışı planlaşdırılan əsas zallardan birinin qarşısında oturaq aksiyadan sonra baş verib.

Dekabrın 11-də Morgan isveçli fəal Greta Tunberg ilə bir müzakirədə iştirak edib. Bundan sonra həmin zalın qarşısında etiraz aksiyası başlanıb və danışıqlar gedən zalların birinə girişə maneə yaranıb.

İki həftədir Madriddə BMT-nin sponsorluğu ilə iqlim danışıqları aparılır.

Təhlükəsizlik əməkdaşları etirazçıları uzaqlaşdısa da bundan sonra vətəndaş cəmiyyəti fəallarının binaya yenidən girməsi mümkün olmayıb. Morgan da onlardan biri idi.

“Etirazçılar kobudluqla, qətiyyətlə binadan çıxarıldı Mən geri qayıtmağa çalışanda gördüm ki, təhlükəsizlik əməkdaşları müşahidəçilərin girişini yasaqlayıb”, – o, “AFP”yə deyib.

Morgan etirazçılara qoşularaq zaldan çıxsa da, nümayişə qatılmayıb. O, illərdir qlobal istiləşməni məhdudlaşdırmağı hədəfləyən danışıqlarda iştirak edir.

Binaya təxminən 200 ətraf mühit fəalı buraxılmayıb.

Bəzi ölkələr və müşahidəçilər danışıqların aşağı tempdə getməsini tənqid edir, ətraf mühiti çirkləndirənlərin prosesi önləməyə çalışdığını deyirlər. (azadliq.org)