XƏBƏR LENTİ

20 Yanvar 2020
19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 15:01

Əlcəzair bu gün yeni prezidentini seçəcək- 5 namizəd mübarizə aparır

Əlcəzairdə dekabrın 12-də yerli vaxtla səhər saat 8:00-da seçki məntəqələri açılıb.

Seçkilər üzrə müstəqil milli komissiya seçki məntəqələrinin səsvermə üçün tam hazır olduğunu bildirib. Bununla yanaşı, komissiya nümayəndələrinin sözlərinə görə, ölkədə tətbiq olunan yeni səs hesablama sistemi saxtalaşdırma hallarını minimuma endirəcək.

Ölkədə ali dövlət postu uğrunda ümumilikdə beş namizəd mübarizə aparır. Onların arasında ən güclü namizəd sabiq baş nazir, “Talaia əl-Hürriyyət” partiyasının rəhbəri 75 yaşlı Əli Benflis sayılır. Namizədlərin sabiq prezident Əbdüləziz Buteflikanın idarəçiliyi dövründə yüksək vəzifələr tutmaları bir çox əlcəzairlinin etirazına səbəb olub. Bu səbəbdən seçkilərinin ilk turu ölkədə davam edən etiraz aksiyaları fonunda keçirilir – dekabrın 11-də minlərlə əlcəzairli “köhnə rejimin” nümayəndəliyinin rəhbərliyi şəraitində seçkilərin keçirilməsinə etiraz məqsədi ilə nümayişə çıxıb.

Əlcəzair hakimiyyəti seçkilərin ölkədə bu ilin fevral ayından başlayan qeyri-sabit siyasi vəziyyətə son qoyacağını düşünür. O zaman güclü xalq etirazları nəticəsində ölkəyə təxminən 20 il rəhbərlik edən Əbdüləziz Buteflika istefa vermək məcburiyyətində qalmışdı. Bundan sonra ölkə konstitusiyasına uyğun olaraq parlamentin yuxarı palatasının spikeri Əbdülqadir Bensalah ölkənin müvəqqəti rəhbəri vəzifəsini tutmuşdu.

Qeyd edək ki, Əlcəzairdə prezident birbaşa səsvermə nəticəsində beş illik müddətə seçilmə seçilir. Seçkilərin ikinci turuna ehtiyac yaranarsa o, ilk turun nəticələri elan olunduqdan 15 gün sonra keçirilməlidir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilər siyahısında 24 milyon vətəndaşın adı var(azərtac).