XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2019 - 16:12

Gürcüstan parlamentində insident –Bir neçə deputatın halı pisləşib

Gürcüstan parlamentinin iclas zalında insident baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, iki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib.

Bundan sonra bir neçə deputatın halı pisləşib. Parlamentə təcili tibbi yardım çağırılıb.

İclasda texniki fasilə elan olunub. Hazırda iclas zalında hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

İnsidentə görə məsuliyyəti “Utanc” hərəkatı öz üzərinə götürüb. Hərəkat fəalları yaydıqları məlumatda qeyd ediblər ki, “mövcud sistem iylənir”.

Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı sağlamlığa qəsdən ciddi zərərvurma maddəsi ilə istintaqa başlayıb.