XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2019 - 21:15

Gürcüstanda hakim partiyanı daha bir millət vəkili tərk edib

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasını daha bir millət vəkili tərk edib.

APA-nın yerli bürosu xəbər verir ki, millət vəkili Otar Çrdileli  parlament çoxluğunu tərk etdiyini açıqlayıb.

Bu barədə özünün sosial şəbəkə hesabında məlumat verən deputat bildirib ki, istefası hakim partiyanın digər üzvləri ilə məhkəmə sistemi sahəsindəki fikir ayrılığından qaynaqlanır.