XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

13 Dekabr 2019 - 12:34

“Xalqın etimadı sayəsində “Brexit”i reallaşdırmaq mümkün olacaq” –Boris Conson

“Hökumət “Brexit”i reallaşdırmaq üçün kifayət qədər mandata sahibdir”.

“Reuters”in verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson deyib.

O bildirib ki, xalq tərəfindən Mühafizəkarlar Partiyasına göstərilən etimad sayəsində “Brexit”i reallaşdırmaq mümkün olacaq.

“Seçkilərin nəticəsi bizə nəinki “Brexit”i reallaşdırmağa, ölkəmizin birliyi və daha da irəli getməsi üçün şans yaradacaq. Düşünürəm ki, bu seçkilər tarixdə öz yerini tutacaq. Yeni hökumət Böyük Britaniyanı daha yaxşıya doğru dəyişmək və onun həqiqi potensialını üzə çıxarmaq üçün çalışacaq”, – deyə o, vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Boris Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə 358 yer əldə edərək qalib gəlib. (apa)