“ABŞ-ın İrana qarşı hərbi təcavüzü baş verərsə, rəsmi Tehran Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi bazalarını vuracaq”.
Bu barədə İran parlamentinin spikeri Əli Laricani bildirib.
Onun sözlərinə görə, İran ABŞ-ın bölgədəki ssenarilərinə cavab vermək gücündədir: “ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə ala bilərik. Bu, onlar üçün çox böyük fəlakətə səbəb ola bilər”. (apa)