Danışıqların bərpasından öncə Tramp Şükranlıq bayramında Əfqanıstanda ABŞ əsgərlərinə baş çəkib, “Talibanın saziş istədiyinə” ümidvar olduğunu bildirib. (azadliq.org)
Birləşmiş Ştatların Taliban silahlı qruplaşması ilə sülh danışıqlarında “qısa fasilə” verilir.
Bunu Əfqanıstanda ABŞ-ın əsas bazası üzərinə hücumdan sonra Vaşinqtonun xüsusi elçisi Zalmay Xalilzad deyib.
Dekabrın 11-də Baqram hərbi bazasına hücum zamanı Taliban yaraqlıları azı iki əfqan dinc sakini öldürüb, 70-dən çox adama yaralayıb. Yaralılar arasında 5 gürcüstanlı əsgər də var.
Talibanla danışıqlar ötən həftə bərpa olunmuşdu. Təxminən 3 ay öncə Prezident Donald Tramp danışıqları qəfil dayandırmışdı.
“Bu gün taliblərlə görüşəndə Baqram bazasına dünənki hücuma görə qəzəbimi ifadə etdim. #Taliban əfqanların sülh arzusuna cavab verməyə hazır olduğunu nümayiş etdirməlidir”, – Əfqanıstan doğumli ABŞ diplomatı tvitində yazıb.
Danışıqların bərpasından öncə Tramp Şükranlıq bayramında Əfqanıstanda ABŞ əsgərlərinə baş çəkib, “Talibanın saziş istədiyinə” ümidvar olduğunu bildirib. (azadliq.org)