ABŞ Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi hər hansı mənəvi və hüquqi aspektdən məhrumdur və əslində Türkiyənin müstəqil siyasətinin qəbul olunmamasının təsdiqidir.
Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan deyib.
O bildirib ki, Türkiyə öz tarixindən utanmır və tarixi hadisələrin müzakirəsinə hazırdır:
“Tarixən ölkəmiz yəhudi, alban, bosniyalı, macar, polyak, gürcü, çərkəz, abxaz və digər xalqlara qucaq açıb”.
O əlavə edib ki, Türkiyə bu gün bütün dünyada ədalət və humanizmin zirvəsidir.