XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

13 Dekabr 2019 - 22:18

İngilis funt sterlinqi parlament seçkilərindən sonra bahalaşıb –2,1 faiz

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra funt sterlinqin ABŞ dollarına nisbətdə məzənnəsi may ayından bəri ən yüksək səviyyəyə qalxıb.

AZƏRTAC xəbər verir ki, seçkilərin nəticələrinin açıqlanması ilə eyni vaxtda funt sterlinq 2,1 faiz bahalaşaraq 1,34 dollara çatıb. Funtun avroya qarşı məzənnəsində isə üç illik aradan sonra ən böyük artım qeydə alınıb.

Seçkilərdən sonra birjalarda səhmlərin bahalaşması da müşahidə olur.