Büdcə gəlirlərinin proqnozu yeni makrossenari şəraitində köklü şəkildə yenidən nəzərdən keçirilib
RF-nın maliyyə naziri Anton Siluanov bu gün hökumətin iclasında çıxış edərkən bildirib ki, federal büdcənin gəlirləri 2 ayda 10% azalıb.
Strateq.az-ın Rusiya KİV-ə isnadən yaydığı xəbərə görə, o deyib: “Cari ilin birinci rübü də gəlirlərin azalması ilə başlanıb: iki ayın yekununa görə gəlirlərin 8% azalmasını görürük”.
Siluanovun sözlərinə görə, büdcə gəlirlərinin proqnozu yeni makrossenari şəraitində köklü şəkildə yenidən nəzərdən keçirilib: “Yeni makrossenaridə büdcə gəlirlərinin qiymətləndirlməsi 15,1 trilyon rubldan 12,5 trilyon rubladək və yaxud 17,5% düşür. Gəlirlərin azalmasının kilid amili neft-qaz gəlirlərinin dəyərləndirilməsinin aşağı düşməsidir”.
Nazirin sözlərinə görə, neft və qazın qiymətlərinin aşağı düşməsi gəlir həcminin 4,1 trilyon rubl azalmasına gətirb çıxardıb.