XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

14 Dekabr 2019 - 15:22

Sudanın sabiq prezident Ömər əl-Bəşiri korrupsiyada təqsirli bilinib- Məhkəmə qərarı

Xartum məhkəməsi Sudanın sabiq prezidenti Ömər əl-Bəşiri korrupsiya işi üzrə on il azadlıqdan məhrum edib.

Azərtac Al-Arabia telekanalına istinadla xəbər verir ki, sonradan 75 yaşlı sabiq prezidentin həbs müddəti yaşının çox olması səbəbindən on ildən iki ilə endirilib.

Hərbi prokurorluğun müstəntiqləri Ömər əl-Bəşirin yaşadığı evdə axtarış zamanı 6 milyon avro, 351 min dollar, həmçinin 5 milyard Sudan funtu (təxminən 105 milyon dollar) aşkarlayıb. Ona qarşı xarici valyuta saxlama, korrupsiya və qanunsuz hədiyyə alma maddələri üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, ölkəyə 30 il rəhbərlik etmiş Ömər əl-Bəşir 2019-cu il aprelin 11-də hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və bir qədər sonra həbs olunub. Ordu, həmçinin parlamenti buraxıb, konstitusiyanın fəaliyyətini dayandırıb, hakimiyyəti isə keçid şurasına təhvil verilib.