XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2019 - 18:31

“ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik”- Çavuşoğlu

“Türkiyə ABŞ-a “Patriot” hava hücumundan müdafiə sistemlərini Ankaraya satmağı təklif edib və buna cavab gözləyir”.  

APA-nın RİA Novoti-yə istinadən xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə xarici işlər nazirlərinin Doha forumunda bildirib.

Onun sözlərinə görə, Türkiyə hələ də ABŞ-ın onun müttəfiqi olduğuna inanır: “İnanırıq ki, biz yenə də müttəfiq olaraq qalırıq. Heç kim Rusiya ilə “S-400”lərin alışı ilə bağlı imzalanmış müqaviləni ləğv edə bilməz. Rusiyanın təklifi daha sərfəli idi və biz bunu qəbul etdik. Hazırda isə ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik”.

Çavuşoğlu qeyd edib ki, ABŞ “S-400”lərin alışına görə sanksiyalar qəbul edəcəyi təqdirdə Türkiyə ona cavab verməyə məcbur olacaq.