XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2019 - 09:50

ABŞ-da ticarət mərkəzində atışma:xəsarət alan var

ABŞ-ın Corciya ştatında atışma olub.

Bu barədə yerli polis bildirib.

Məlumata görə, hadisə “Cumberland” ticarət mərkəzində qeydə alınıb. Atışma zamanı 1 nəfər xəsarət alıb.

“Yerli vaxtla saat 13:18-də Kobb dairəsi polisi “Cumberland” ticarət mərkəzində atışma ilə nəticələnən münaqişəyə reaksiya verdi. Bir nəfər yaralandı, hadisəni törədən ərazidən qaçaraq gizləndi. Zərərçəkən xəstəxanaya çatdırılıb”, – deyə polisin “Twitter”dəki xəbərində bildirilir.

Polislər bildirdilər ki, atəş açanın şəxsiyyəti müəyyənləşdirilib. Hazırda onun axtarışı aparılır.