XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

15 Dekabr 2019 - 10:50

“Boko Haram” Nigeriyada bir şəhərə hücum edib:ölənlər var

“Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətindəki Maqumeri şəhərinə hücum edərək azı 15 nəfəri öldürüblər.

TASS xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Silahlılar ötən gün axşam saatlarında 11 avtomobillə Maqumeriyə gəliblər və atışma baş verib.

Məlumata görə, atışmada 8 yerli hərbçi, təhlükəsizlik əməkdaşı və 6 mülki şəxs ölüb.

Şahidlər terrorçuların ağır pulemyotlardan istifadə etdiklərini bildirirlər. Nigeriya ordusu hadisə ilə bağlı hələ məlumat verməyib. /Oxu.az