XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2019 - 11:30

Yeni Zelandiyada vulkan püskürməsi:ölənlərin sayı 16-ya çatıb

Yeni Zelandiyanın Ağ Adasında (“White Island”) vulkan püskürməsi nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

Bu barədə  “The New Zealand Herald” qəzetinin elektron versiyasına istinadən xəbər verir.

Qeyd edilir ki, vulkan püskürməsi zamanı ağır xəsarətlər almış daha 1 nəfər aparıldığı Yeni Cənubi Uels klinikalarından birində ölüb.

Ştat polisi bu informasiyanı təsdiq edib. Öz növbəsində Yeni Zelandiya polisi bildirib ki, daha 2 nəfər itkin düşmüş hesab edilir

Yeni Zelandiyanın Ağ Adasında (“White Island”) vulkan dekabrın 9-da püskürüb. /Report