XƏBƏR LENTİ

29 Yanvar 2020
28 Yanvar 2020

Digər Xəbərlər

15 Dekabr 2019 - 13:40

Qazaxıstan Baş Prokurorluğundan xəbərdarlıq:"İcazəsiz aksiyada iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunacaq"

Qazaxıstan Baş prokurorunun müavini Bulat Dyembayev ölkə vətəndaşlarını Müstəqillik Gününün qeyd ediləcəyi 16 dekabrda icazəsiz aksiyalarda iştirakdan çəkinməyə çağırıb.

B.Dyembayev deyib ki, xüsusən xaricdə yaşayan bəzi şəxslər sosial şəbəkələr vasitəsi ilə insanları Müstəqilik Günündə qanunsuz aksiyalarda iştirak etməyə çağırır.

Baş prokurorun müavini icazəsiz aksiyada iştirak edənlərin inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib.

Qeyd edək ki, 9 iyun 2019-cu ildə keçirilən prezident seçkilərindən sonra Qazaxıstanda bir neçə icazəsiz aksiya keçirilib. Qazaxıstan Daxili İşlər Nazirliyi icazəsiz aksiyaları məhkəmənin fəaliyyətini qadağan etdiyi ekstremist “Qazaxıstanın Demokratik Seçimi” təşkilatının təşkil etdiyini  açıqlayıb. /APA