XƏBƏR LENTİ

29 Yanvar 2020
28 Yanvar 2020

Digər Xəbərlər

15 Dekabr 2019 - 17:00

İtaliyada bomba həyəcanı:54 min sakin təxliyyə edildi

İtaliyanın Brindizi şəhərində II Dünya müharibəsi dövründən qalma bombanın tapılması ilə əlaqədar böyük həyəcan yaşanıb.

Xilasetmə əməliyyatları ilə əlaqədar həmin ərazidə yaşayan 54 min sakin təxliyyə edilib.

Qeyd edilib ki, bu, müharibədən sonrakı dövrdən bəri İtaliyada ən böyük evakuasiya əməliyyatıdır.

Bomba 1941-ci ildə ingilislər tərəfindən atılıb. O, “Andromeda” film teatrının ərazisini genişləndirmək üçün aparılan tikinti işləri zamanı aşkarlanıb.

Hazırda 15 hərbçidən ibarət xilasedici qrup bombanın zərərsizləşdirilməsi ilə məşğuldur.

Bildirilib ki, bomba bazar ertəsi şəhər xaricinə çıxarılacaq və xüsusi hazırlanmış ərazidə partladılacaq.

Əlavə edək ki, bundan əvvəl oktyabr ayında İtaliyanın Bolzano şəhərində də bomba aşkarlanmış, kütləvi evakuasiya prosesi baş vermişdi.  /Oxu.az