XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2019 - 23:57

Türkiyə Liviyaya xüsusi təyinatlı hərbçilər göndərib

Türkiyə Tripolidə Liviyanın Milli razılıq hökumətinə xüsusi təyinatlı dəstə, hərbi müşavirlər və hərbi texnika göndərib.

Bu barədə mənbələrə istinadən “Al-Arabiya” telekanalı xəbər verib.

“Türkiyə Milli razılıq hökuməti üzvlərinin müdafiəsi üçün Tripoliyə xüsusi təyinatlı dəstə göndərib”, – deyə telekanalın xəbərində bildirilir.

Mənbənin məlumatına görə, Milli razılıq hökuməti Türkiyədən hərbi texnika istəyib. Türkiyə də öz növbəsində bu ölkəyə hərbi texnika göndərib.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara bu ölkəyə öz hərbçilərini göndərmək də daxil olmaqla, Liviyanın Milli Razılıq Hökumətinə istənilən dəstəyi verməyə hazırdır.

Türkiyə Liviya milli ordusunun komandanı Xəlifə Haftarı qanuni rəhbər hesab etmir. (Report)