XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 13:00

Rusiyada 8 partiyanın dövlət qeydiyyatı ləğv edilib –Qərar

Rusiya Ədliyyə Nazirliyi seçkilərdə iştirak etmədiyi üçün 8 partiyanın dövlət qeydiyyatını ləğv edib.

Məlumatı RİA “Novosti” yayıb.

Qeydiyyatı ləğv edilən siyasi təşkilatlar bunlardır: Qadınlar Rusiya Uğrunda, Yaşıllar Birliyi, Şəhərlilər İttifaqı, Rusiya Xalq Partiyası, Rusiya Sosial-Demokrat Partiyası, Rusiya Pensiyaçılar Partiyası, Rusiya Şəhəri və Rusiya Aqrar Partiyası.

Məhkəmə daha 3 siyasi partiyanın – Xalq Alyansı Partiyası, Monarxiya Partiyası və Doğru İnsan Ümumrusiya Partiyasının dövlət qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Amma həmin qərar hələlik qüvvəyə minməyib. Bu istiqamətdə araşdırmaların davam etdiriləcəyi bildirilib.   /Report