XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 15:02

BMT-nin Baş katibi:“Qaçqınlara və onları qəbul edən ölkələrə yardım artırılmalıdır”

“Beynəlxalq ictimaiyyət qaçqınlara və onları qəbul edən ölkələrə yardımı artırmalıdır”.

Bunu BMT-nin baş katibi Antoniu Quterreş Cenevrədə Qaçqınlar üzrə ilk Qlobal Forumda deyib. 

O bildirib ki, beynəlxalq ictimaiyyət böyük qaçqın qruplarına ev sahibliyi edən ölkələrə minnətdar olmalıdır: “Lakin minnətdarlıq yetərli deyil. Hazırkı qeyri-sabitlik dövründə böyük qaçqın qruplarına ev sahibliyi edən ölkələri dəstəkləmək üçün daha çox iş görülməlidir”.

Quterreşin sözlərinə görə, bu günə kimi dünyada qaçqınların sayı 70 milyonu ötüb ki, onlardan da 25 milyondan çoxu öz dövlətlərinin hüdudlarından kənarda sığınacaq tapıb: “Sığınacaq hüququnun pozulduğu, qaçqınlar üçün qapıların bağlandığı, ailələrindən ayrı bu qədər qaçqın uşağın nəzarət düşərgələrində saxlanıldığı bir zamanda biz qaçqınların insan haqlarını təsdiqləməliyik”.

BMT baş katibi qeyd edib ki, insanları vətənlərini tərk etməyə məcbur edən əsas səbəblərlə mübarizə aparmaq lazımdır.

APA