XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2019 - 15:16

İranda 8 min nəfər xəstəxanaya yerləşdirilib –Havaya görə

İranda havanın çirklənməsi nəticəsində 8 min nəfər xəstəxanalara müraciət edib.

Bu barədə İranın Təcili Tibbi Yardım xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həmin şəxslər ürək və tənəffüs problemi ilə bağlı xəstəxanalara müraciət ediblər.

Qeyd edək ki, son iki gün ərzində Tehranda havanın çirklənməsi təhlükəli həddə çatıb. Ölkənin tibb müəssisələri hazır vəziyyətə gətirilib. Əhaliyə maskalardan istifadə etmək və zərurət olmadığı təqdirdə evdən çıxmamaları ilə bağlı xəbərdarlıq edilib/APA.