XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 15:43

XİN başçısı:"Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı bölgəni əsas enerji dəhlizinə çevirib"

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında uğurlu əməkdaşlıq bölgənin əsas enerji və tranzit dəhlizinə çevrilməsi üçün əhəmiyyətli nəticələr verib”.

Bu barədə Gürcüstan xarici işlər naziri David Zalkaliani Tbilisidə keçirilən ölkənin xaricdəki səfirlərinin konfransında bildirib.

Onun sözlərinə görə, bu ilin əsas hadisələrindən biri TANAP (Trans-Anadolu Boru Kəməri) layihəsinin Avropa hissəsinin rəsmi açılış mərasimi olub: “Bu layihə Avropa və Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi və təbii qazın çatdırılması marşrutlarının diversifikasiyasına yönəlib. Gürcüstan tranzit ölkə olaraq bu layihədən fayda əldə edəcək”.

XİN başçısı bildirib ki, 2019-cu ildə regional əməkdaşlığın gücləndirilməsinə böyük diqqət ayrılıb: “Gürcüstan baş nazirinin Azərbaycan, Ermənistan, Türkiyə və Ukraynaya səfərləri böyük əhəmiyyət kəsb edib”.

D.Zalkaliani həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçıları arasında üçtərəflli görüş planlaşdırılır/Report.