XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 21:31

Qazaxıstanlı diplomat Misirdə müəmmalı şəraitdə ölüb- Araşdırma aparılır

Qazaxıstanın Misirdəki səfirliyinin əməkdaşı Elaman Joldasov Qahirədə müəmmalı şəraitdə ölüb.

Qazaxıstanın Xarici İşlər Nazirliyi ölkənin Misirdəki səfirliyinin işçisi Elaman Joldasovun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Hazırda prokurorluq hadisə ilə bağlı zəruri istintaq tədbirləri həyata keçirir. XİN-in nümayəndələri istintaqda iştirak etmək üçün Misirə yola düşüblər.

Qazaxıstan XİN hadisə ilə bağlı ətraflı məlumatı dekabrın 18-də keçiriləcək brifinqdə verəcək(azərtac).