XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 22:24

Fransada tətil və nümayişlərin 3-cü mərhələsi başlayıb- Milad bayramınadək davam edəcək

Fransada təqaüd islahatları əleyhinə ümumi tətil və nümayişlərin üçüncü mərhələsi başlayıb.

Azərtac xəbər verir ki, Paris və əyalətlərdə tətillərin 13-cü günü ictimai nəqliyyat vasitələri işləmir. Nəqliyyatçılar Milad bayramınadək tətili davam etdirəcəklərini bildiriblər. Bütün sahələr üzrə həmkarlar təşkilatları səfərbər olub.

Dövlət xəstəxanalarında şəraitin dözülməz olduğunu deyən həkimlər işdən çıxacaqlarını bildiriblər. Lionda enerji istehsalçıları yaşayış evlərinə elektrik enerjisinin verilməsini dayandırıblar.

Qeyd edək ki, təqaüd üzrə ali komissar Jan-Pol Delevoye dekabrın 16-da istefa verib. Ancaq hökumətin sözçüsü bildirib ki, onun istefası təqaüd layihəsinin geri götürülməsi demək deyil.

Parisdə nümayişçilər kortecində 400-dən 600-dək dağıdıcılar gözlənildiyi bildirilib.