XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2019 - 00:20

Bu ölkədə FETÖ-çü məktəblər dövlətin nəzrətinə keçdi- Açıqlama

Zambiyanın paytaxtı Lusakada tikilən FETÖ-yə məxsus “Və Horizontal” adlandırılan  məktəblər dövlət nəzdinə keçib. 

APA-nın Türkiyə bürosunun yerli mediaya istinadla verdiyi xəbərə görə, bu barədə Zambiyanın Torpaq və Təbii Mənbələr Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, “Və Horizontal” məktəblər şəbəkəsinə daxil olan uşaq bağçası, ibtidai və orta məktəb binaları da daxil olmaqla, 3 obyekt dövlətin nəzarətinə keçib.

Qeyd edək ki, FETÖ-nün “təhsildə qızıl beyinləri mənimsəmə siyasəti”nə daxil olan bu məktəblər Zambiyada 2011-ci ildə tikilib.

Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı Zambiya dövlətilə rəsmi danışıqları olmuşdu.