XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 12:00

ABŞ-da aksiyalar keçirilib –Trampa impiçment tələb edilir

ABŞ-ın bəzi şəhərlərində Prezident Donald Trampa impiçment tələbi ilə aksiyalar keçirilib.

Aksiyalar Kaliforniya ştatının Los-Anceles və San-Fransisko, Nevada ştatının Las-Veqas, Pensilvaniya ştatının Filadelfiya və Pitsburq, Nyu-York ştatının Nyu-York, Massaçusets ştatının Boston, Corciya ştatının Atlanta, Kolorado ştatının Denver, Yuta ştatının Solt-Leyk-Siti şəhərində və digər şəhərlərdə keçirilib.

Aksiyaçılar Donald Trampı hakimiyyətdən getməyə səsləyən plakatlar qaldırıblar. 

Ölkəboyu keçirilən aksiyalara 10 minlərlə vətəndaş qatılıb. /APA