XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2019 - 12:22

İranın Əhvaz şəhərini su basıb- FOTO

İranın Əhvaz şəhərində aramsız yağan yağışlar böyük fəsadlar törədib.

Ötən gecə yağan leysan yağışları nəticəsində şəhərin küçələrini su basıb, avtomobillərin və piyadaların hərəkətində çətinlik yaranıb.

Yerli mətbuatın verdiyi məlumata görə, məktəblər və bəzi ictimai-iaşə obyektləri bir günlük tətil elan ediblər.

Yağış suları bəzi evlərə də dolaraq insanlara problemlər yaradıb. Təbii fəlakət zamanı həyatını itirən olmayıb(azərtac).