XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 15:02

Ukraynalılar Rusiyaya yalnız xarici pasportla gedə biləcəklər- Rəsmi

Ukrayna hökumətinin qərarına əsasən, ölkə vətəndaşları 2020-ci il martın 1-dən etibarən Rusiyaya yalnız xarici pasportla gedə bilərlər.

Bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk məlumat verib.

“2020-ci il martın 1-dən Ukrayna vətəndaşları Rusiya ilə sərhədi yalnız xarici pasport əsasında keçə bilərlər”, – deyə Baş Nazir bildirib. O qeyd edib ki, bu barədə qərar dekabrın 18-də hökumətin iclasında qəbul olunub. Ukrayna vətəndaşları Rusiya ərazisindən ölkəyə gələrkən onlar sərhədi həm də daxili pasport və doğum haqqında şəhadətnamə ilə maneəsiz keçə biləcəklər

Xarici pasportdakı məlumatlarının yoxlanılması xüsusi qurğular vasitəsilə həyata keçiriləcək ki, bu da sərhəd nəzarəti müddətini xeyli azaldacaq(azərtac).