XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 21:35

Moskva hava limanında 40-dan çox İsrail vətəndaşı saxlanılıb

Moskvanın Domodedovo hava limanında 40 İsrail vətəndaşı saxlanılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, İsrailin Rusiyadakı səfirliyi vətəndaşların ölkəyə buraxılmama səbəbini bilmədiyini açıqlayıb.

“Biz 40 vətəndaşımızın hansı səbəbdən saxlanıldığını bilmirik və ümid edirik ki, bu məsələ tezliklə həll olunacaq, onların girişinə icazə veriləcək”, – deyə səfirlikdən bildirilib.

Səfirlikdən həmçinin bildirilib ki, İsrail və Rusiya qarşlıqlı turizmin inkişafında maraqlıdır.

“Times of Israel” qəzeti isə yazır ki, Moskvanın Domodedovo hava limanında 46 İsrail vətəndaşı saxlanılıb. Onlar Rusiyaya İsrailin “El Al” aviaşirkətinin reysi ilə uçublar.

Saxlanılan şəxslərə Rusiya Federasiyasının ərazisinə daxil olmağa icazə verilməyib.

Lakin səbəblər açıqlanmır.