XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 21:49

Paşinyan Müdafiə Nazirliyinin Baş katibini vəzifədən azad edib –Tender qalmaqalı

Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinin baş katibi Qarnik Ayrapetyanı tutduğu vəzifədən azad edib.

“Rusarminfo” xəbər verir ki, Ayrapetyan Rusiyanın “ORSİS” (“Promtexnologiya”) silah şirkəti ilə bağlı yaranan qalmaqaldan sonra işdən çıxarılıb.

Bildirilib ki, cari ilin may ayında Ermənistanın Müdafiə Nazirliyinin hərbi texnika ilə bağlı elan etdiyi müsabiqəni “ORSİS” şirkəti udub. Qısa bir müddətdən sonra açıqlanmayan səbəbdən bu tender ləğv edilib.

Avqustun 26-da Ermənistanın İstintaq Komitəsi bu müsabiqə ilə bağlı “xidmətə səhlənkar münasibət” maddəsi əsasında cinayət işi başlayıb. Nəticədə “ORSİS”i Ermənistan silah tədarükçülərinin “qara siyahı”sına daxil edib.

Dekabrın 10-da isə Rusiya şirkətinin “qara siyahı”dan çıxarıldığı elan olunub.

Report