XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2019 - 11:59

Rusiya Ukraynanın “Ukrnafta” şirkətinə 44 milyon dollar cərimə ödəyəcək –Məhkəmə qərarı

İsveçrənin Ali Məhkəməsi Rusiyanın Ukraynanın “Ukrnafta” şirkətinə 44 milyon dollar cərimə ödəməli olduğuna dair qərarını təsdiq edib.

Rusiya tərəfi Krımın ilhaqı ilə Ukrnafta şikətini investiyalardan məhrum etməkdə günahlandırılır.

Bu barədə məlumatı Ukrnafta şirkətinin mətbuat xidməti yayıb.

Bundan əlavə Rusiyadan 155 min İsveçrə frankı məbləğində məhkəmə xərclərini ödəmək tələb edilib.

Beləliklə də, İsveçrənin Ali Məhkəməsi Rusiyanın müraciətini ikinci dəfə rədd edib.

Rusiya rəsmiləri hələlik bu xəbərlərlə bağlı heç bir şərh verməyiblər. Ötən apreldə Beynəlxalq Arbitraj Məhkəməsi ilhaq edilmiş Krımda “Ukrnafta” şirkətinin mülkiyyətini milliləşdirdiyinə görə, Rusiyadan Ukrayna şirkətinə 50 milyon dollardan çox cərimənin ödənməsini tələb edib.

2019-cu ilin mayında Rusiya tərəfi bu qərardan şikayəti İsveçrə Ali Məhkəməsinə təqdim etmidi.

“Ukrnafta” Ukraynanın ən böyük neft şirkətidir.

Şirkətin 2015-ci ildə qaldırdığı məhkəmə iddiasında deyilirdi ki, Rusiya Krımın ilhaqı ilə “Ukrnafta”nın yarımadadakı 16 yanacaqdoldurma məntəqəsi üzərində mülkiyyət hüququnu pozub.

Ukrayna tərəfi bu iddiada Ukrayna Nazirlər Kabineti və Rusiya hökuməti arasında investisiyaların qarşılıqlı qorunmasına dair 1998-ci il tarixli sazişinə əsaslanıb. (amerikaninsesi.org)