XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 15:05

Şotlandiya daha bir müstəqillik referendumu keçirmək istəyir –Açıqlama

Şotlandiyanın Birinci Naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Nikola Stercen mərkəzi hökumətdən daha bir müstəqillik referendumu keçirməyə icazə vermələrini, bununla bağlı səlahiyyət ötürməsi barədə danışıqlara başlamağı istəyib.

BBC xəbər verir ki, birinci nazir rəhbərlik etdiyi SNP-ın ötən həftə ümumi seçkilər zamanı Şotlandiyaya aid 59 yerin 48-ni qazanması ilə yeni referendum üçün “əvəzsiz mandat” əldə etdiklərini bildirərək müvafiq qanun layihəsinin elə bu gün Londona göndəriləcəyini qeyd edib.

Yeni referenduma qarşı çıxan Baş nazir Boris Conson isə 2014-cü ildə Şotlandiyanın müstəqilliyinə dair keçirilmiş və iştirakçılarının 55 faizinin Birləşmiş Krallığın tərkibində qalmağa üstünlük verdikləri birinci referendumun nəticələrinin mötəbər olduğu qənaətindədir.

Qeyd edək ki, Şotlandiyada beş il əvvəl keçirilən referendumda millətçilər məğlub olsalar da, 2016-cı ildə Avropa İttifaqının üzvlüyündən çıxmaqla bağlı keçirilən referendumda bütövlükdə ölkə müsbət, Şotlandiya isə mənfi rəy bildirmişdi/Report.