XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2019 - 17:55

Qazaxıstan XİN-dən Misirdə ölən diplomatla bağlı açıqlama:"İstintaq tədbirləri davam etdirilir"

Misirdə diplomatın müəmmalı ölümü ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Bunu Qazaxıstan Xarici Işlər naziri Muxtar Tleuberdi deyib. İstintaqın nəticələrinin gözlədiyini bildirən XİN rəhbəri hazırda intiharın bir versiyası olduğunu bildirib. Bu, bizim üçün çox kədərli bir hadisədir. O, çox savadlı bir ərəbşünas idi, uzun illər bizimlə işləyib.

“Bu yay onun üç illik ezamiyyəti başa çatıb, lakin səfirin təklifi və qanuna uyğun olaraq, səfirlikdə qalıb işləmək müddətini daha bir il uzatdıq”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, dekabrın 17-də Qazaxıstanın Misirdəki səfirliyinin əməkdaşı Elaman Joldasovun Qahirədə müəmmalı şəraitdə ölümü ilə bağlı məlumat yayılmışdı. Hazırda prokurorluq hadisə ilə bağlı zəruri istintaq tədbirləri həyata keçirir. XİN-nin nümayəndələri istintaqda iştirak etmək üçün Misirə yola düşüblər(azərtac).