XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 21:47

Hindistanda kütləvi etirazlar başlayıb –Ölənlər var

Hindistanın müxtəlif yerlərində yeni vətəndaşlıq qanununa qarşı keçirilən etiraz aksiyaları zamanı Manqalor şəhərində azı 2, Laknou şəhərində isə 1 nəfər ölüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, nümayişçilərlə polis arasında toqquşmaların baş verdiyi Laknoudakı hadisənin odlu silahdan atəş açılmasından sonra meydana gəldiyi güman edilir, lakin atəşin kim tərəfindən açıldığı məlum deyil.

Qeyd edək ki, bu gün kütləvi etiraz nümayişləri ölkənin ondan artıq iri şəhərində keçirilib, bəzi yerlərdə iğtişaş xarakteri alıb.