XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

20 Dekabr 2019 - 10:46

Almaniyada “Uber”ə qadağa qoyulur –Məhkəmə qərarı

Almaniyanın Frankfurt şəhərinin rayon məhkəməsi “Uber” texnologiya şirkətinin ölkədəki fəaliyyətinə qadağa qoyub.

“Vesti.ru”nun verdiyi məlumata görə, məhkəmənin qərarına əsasən, “Uber”in Almaniyada həyata keçirəcək hər bir qanunsuz səfəri üçün şirkət 250 avro ödəməli olacaq və təkrar pozuntular halında bu məbləğ 250 min avroya çatanadək artacaq.

“Uber” artıq məhkəmənin qərarına etiraz edəcəyini bildirib, lakin hələlik müştərilər şirkətin xidmətlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl London hakimiyyəti “Uber”ə Böyük Britaniya paytaxtında fəaliyyət göstərmək üçün lisenziya verməkdə imtina etmişdi. Bundan başqa, şirkətin İstanbulda da fəaliyyəti dayandırılıb. Bu qərar İstanbul Məhkəməsi tərəfindən qəbul edilib. (apa)