XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Dekabr 2019 - 15:05

“Facebook” sosial şəbəkəsinin 267 mln istifadəçisinin şəxsi məlumatları oğurlanıb –"Comparitech"

“Facebook” sosial şəbəkəsinin 267,140 mln istifadəçisinin şəxsi məlumatları 2 həftə müddətində internetdə təhlükəsizlik divarı olmayan mühitdə yayımlanıb.

Bu barədə kibertəhlükəsizlik şirkəti “Comparitech” məlumat verib.

Kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, şəxsi məlumatlar saxlandığı informasiya bazasının izinə Viyetnamda rast gəlinib. Ancaq istifadəçi məlumatlarının “Facebook”un məlumat bazasından necə kopyalandığını müəyyənləşdirə bilmədiklərini bildiriblər.

Xatırladaq ki, “Kembric Analitika Şirkəti” 2018-ci ildə “Facebook”un 400 milyondan çox istifadəçisinin məlumatlarını icazəsiz istifadə etməsi böyük narazılıq yaratmışdı. (Report)