Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 281,8 mln. ABŞ dolları dəyərində təbii qaz idxal edib.
Bu barədə Gürcüstan Milli Statistika Ofisi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% çoxdur. Belə ki, ötən il qonşu ölkənin idxal etdiyi qazın ümumi dəyəri 254,2 mln. dollar təşkil edib. Qaz idxalı Gürcüstanın hesabat dövründəki idxalında payı 3,5%-ə bərabər olub. (apa)