XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2019 - 18:07

Britaniya parlamenti “Breksit” səsverməsi keçirəcək –Bu gün

Dekabrın 20-də Britaniya parlamentində “Breksit” səsverməsi keçiriləcək. Deputatlar Baş nazir Boris Consonun ölkəni yanvarın 31-dək Avropa Birliyindən çıxarmaq planını səsə qoyacaq.

“Bu gün biz xalqa verdiyimiz vədə əməl edəcək, “Breksit” səsverməsini Miladadək bitirəcəyik”, – Conson İcmalar Palatasında çıxışında deyib.

Ötən həftəki parlament seçkisində Mühafizəkarlar Partiyası çoxluğu qazandığından qanun layihəsinin Miladdan sonra parlamentdəki prosedurlardan keçəcəyi gözlənir. Hökumət bildirib ki, Breksitlə bağlı 31 yanvar tarixindən ötrü layihə vaxtında qanun qüvvəsinə minəcək.

Razılaşma hökumətin keçid dövrünü uzatmasını qadağan edir. Həmin dövrdə Britaniya AB-nin bir sıra qaydalarına əməl etməlidir.

Ancaq opponentlərin fikrincə, təklif olunan qanunvericilikdə Britaniyanın gələcəyi qeyri-müəyyəndir və blokla ticarət sazişinin əldə olunması bir neçə il çəkə bilər.

Qanun layihəsində Consonun oktyabrda AB ilə əldə etdiyi “Breksit” razılaşmasının icrası nəzərdə tutulur. (azadliq.org)