XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

20 Dekabr 2019 - 18:19

Siqaret çəkən kişilərin sayı azalır –ÜST

Dünyada siqaret çəkən kişilərin sayı ilk dəfə olaraq azalmağa doğru gedir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünən – dekabrın 19-da bunu dünyada tütün aludəçiliyinin azaldılmasında “böyük dəyişiklik” adlandırıb.

Son illər qadınlar və qızları arasında tütün məhsullarından istifadə davamlı olaraq azalırdı. Ancaq siqaret çəkənlərin böyük əksəriyyətini təşkil edən kişilərin sayı artırdı.

ÜST azalmanı dünyada siqaretə qarşı kampaniyaların nəticə verməyə başlamasının güclü əlaməti hesab edir. Ancaq qurum xəbərdarlıq edir ki, aludəçiliyə zərbə vurmaqdan ötrü hələ çox iş görülməlidir.

Hər il dünyada siqaretdən 8 milyon adamın dünyasını dəyişdiyi bildirilir.

“Kişilər arasında tütündən istifadənin azalması tütünlə mübarizədə həlledici məqamdır”, – ÜST rəhbəri Tedros Adhanom Gebreyesus bəyanatında deyib. O, dəyişikliyi “hökumətlərin tütün sənayesinə qarşı mövqeyi sərtləşdirməsi” ilə əlaqələndirib.

Son 20 ildə tütündən qlobal istifadə tədricən azalmaqdadır. 2000-ci ildə 1 milyard 397 milyon, 2018-ci ildə isə 1 milyard 337 milyon nəfər tütün çəkib. Bu, dünyada əhalinin sayının artmasına baxmayaraq, 60 milyon daha az adamın tütün məhsullarından istifadə etməsi deməkdir.

Ancaq bu azalmanın əsas səbəbi kimi qadın və qızların getdikcə tütündən imtinası göstərilir. ÜST bildirir ki, 2000-ci ildə 346 milyon, ötən ilsə 244 milyon nəfər tütün məhsullarından istifadə edib.

Həmin dövrdə siqaret çəkən kişilərin sayı 40 milyon nəfər artıb, 1 milyard 50 milyondan 1 milyard 93 milyona yüksəlib. (azadliq.org)