XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2019 - 21:06

“France Telecom”un keçmiş prezidenti azadlıqdan məhrum edilib –Məhkəmə qərarı

“France Telecom” telekommunikasiya şirkətinin keçmiş prezidenti Didier Lombard bir il müddətinə azadlıqdan məhrum edilib. 

Bu barədə Paris İslah Məhkəməsi qərar çıxarıb.

Bundan başqa, şirkətdə rəhbər vəzifələrdə çalışmış daha iki nəfə də eyni cəza kəsilib. Eyni zamanda hər üç şəxs 15 min avro cərimə ödəməli olacaqlar. “France Telecom” isə 75 min avro cərimə olunub.

Qeyd edək ki, “France Telecom”un özəlləşdirilməyə çıxarılması nəticəsində 2008-2009-cu illər ərzində 19 işçi özünü öldürüb, 12-si intihara cəhd edib, daha 8 nəfər isə depressiya səbəbindən həkim nəzarətinə götürülüb. Məhz hər üç şəxs bu hadisədə “mənəvi qısnama”ya yol verməkdə təqsirli biliniblər.

Xatırladaq ki, “France Telecom” 2013-cü ildən “Orange” adlanır. (report)