XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2019 - 22:56

“Tezliklə Qazaxıstanda ölüm hökmü tam ləğv ediləcək”- Kasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə tezliklə ölüm hökmünün tam ləğv ediləcəyini deyib.

Ölkə başçısı Milli Etibar Şurasının iclasında bu barədə göstəriş verib. Prezident Xarici İşlər Nazirliyinə Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın protokoluna qoşulma prosesinə başlamağı tapşırıb.

Qeyd edək ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev 2003-cü ildə ölkədə ölüm cəzasına moratorium tətbiq edilməsi haqqında Fərman imzalamışdı.

Alternativ olaraq 2004-cü ildən respublikada ömürlük həbs cəzası tətbiq olunur(azərtac).