XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

20 Dekabr 2019 - 22:11

Moskvadakı insidentdə odlu silahdan atəş açanın şəxsiyyəti müəyyənləşib- FOTO

Dekabrın 19-da Moskvanın Bolşaya Lyubyanka küçəsində odlu silahdan atəş açan şəxsin kimliyi məlum olub.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin yerləşdiyi küçədə atəş açan şəxsin 39 yaşlı Yevgeni Manyurov olduğu müəyyənləşib. Onun Moskva ətrafındakı evindən xeyli sayda silah aşkar edilib.

Xatırladaq ki, hadisə dekabrın 19-da axşam Moskvanın mərkəzində baş verib. Atışma nəticədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir əməkdaşı həlak olub, beş nəfər, o cümlədən bir mülki şəxs və FTX-nin dörd əməkdaşı yaralanıb(azərtac).